Köçəryan Azərbaycana qarşı təxribatın anonsunu verdi

SİYASƏT bölməsi

23:43 - 3 Noyabr 2022

 Köçəryan Azərbaycana qarşı təxribatın anonsunu verdi

Rusiyaya bağlı qüvvələr Xankəndinin ardından bu həftə İrəvanda da mitinq keçirəcəklər. Ermənistanın keçmiş prezidenti və Kreml sahibinin yaxın dostu Robert Köçəryan tərəfdarlarını noyabrın 5-də İrəvandakı Fransa meydanında mitinqə çağırıb.

Yenipress.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Köçəryan mitinqdə çıxış edib, Baş nazir Nikol Paşinyana qarşı mübarizənin növbəti mərhələsini elan edəcək. Köçəryanın mitinqlə bağlı yayımladığı şüar da bundan ibarətdir: “Ümidsiz olmayaq. Mübarizə həm “arsax”da, həm də Ermənistanda davam etməlidir. Bizə qoşulun!”

Bu şüarın məqsədi Paşinyanla mübarizə olmaqla bərabər, Azərbaycana qarşı təxribatların da anonsudur. Hazır olmalıyıq”, - politoloq bildirib.

Xəbər xətti