Prezident DTX-nin saxladığı nazir müavinini işdən çıxardı

TOPLUM bölməsi

15:19 - 3 Noyabr 2022

 Prezident DTX-nin saxladığı nazir müavinini işdən çıxardı

Elnur Əli oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Yenipress.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılanlar sırasında Elnur Əliyevin də adı çəkilirdi. Onun istintaqa cəlb edildiyi bildirilir.

Xəbər xətti