Zaqatalada itən turisti tapana 40 min manat veriləcək

GÜNDƏM bölməsi

12:39 - 3 Noyabr 2022

 Zaqatalada itən turisti tapana 40 min manat veriləcək

Azərbaycanda itkin düşən hindistanlı turistin tapılması üçün təyin olunan mükafatın məbləği artırılıb.

Yenipress.az itkin düşən turistin qardaşı Dharan Kondaveetinin açıqlamasını təqdim edir:

"Nəzərinizə çatdırırıq ki, qardaşım Manikanth Kondaveeti 13 may 2022-ci il tarixində Zaqatala rayonunda itkin düşüb. Biz onunla sonuncu dəfə 12 may 2022-ci il tarixində əlaqə saxlamışıq, daha sonra o, tək halda meşə sahəsinə yollanıb və bir daha heç kim ondan məlumat ala bilməyib.

Biz polisin və könüllülərin dəstəyi ilə çox cəhd göstərdik, lakin onunla bağlı heç bir məlumat əldə edə bilmədik.

Keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, biz qardaşımı tapan şəxsə 40000 manat Pul Mükafatı verəcəyimizi bildirmək istəyirik".

Xəbər xətti