Vətən müharibəsi iştirakçısı özünü öldürdü

KRİMİNAL bölməsi

13:42 - 2 Noyabr 2022

 Vətən müharibəsi iştirakçısı özünü öldürdü

Bakıda intihar hadisəsi baş verib.

Yenipress.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Xocəsən qəsəbəsində qeydə alınıb.

Laçın rayonundan olan məcburi köçkün, 24 yaşlı Atabala Xalid oğlu Hümbətov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Atabala Hümbətov Vətən müharibəsi iştirakçısıdır. O, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Xəbər xətti