"Qarabağ Azərbaycanın tərkibində olmamalıdır” qeydini sülh sazişinə daxil etmək lazım deyil

GÜNDƏM bölməsi

14:23 - 14 Oktyabr 2022

“Qarabağ Azərbaycanın tərkibində olmamalıdır” barədə qeydi Bakı ilə gələcək sülh sazişinə daxil etmək lazım deyil.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

Alen Simonyan Ermənistan və Azərbaycanın imzalayacağı mümkün sülh müqaviləsində belə bir qeydin olmasına dair fikri bölüşmədiyini bəyan edib.

Onun sözlərinə görə, belə bir addım mümkün sülh müqaviləsini heç edə bilər.

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan və Azərbaycanın bu ilin sonuna qədər sülh müqaviləsi imzalayacağını bəyan edib.

Xəbər xətti