Ordumuz mühasirəyə düşüb? - MN məlumat yaydı

GÜNDƏM bölməsi

16:09 - 16 Sentyabr 2022

 Ordumuz mühasirəyə düşüb? - MN məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır.

Yenipress.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yaıb.

"Bildiririk ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir.

Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur.

Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq", - məlumatda qeyd olunub.

Xəbər xətti