Ermənilərin bu şəhərinə giriş məhdudlaşdırıldı - Gərginlik var

GÜNDƏM bölməsi

14:06 - 14 Sentyabr 2022

 Ermənilərin bu şəhərinə giriş məhdudlaşdırıldı - Gərginlik var

Hazırda Cermuk şəhərinə giriş məhduddur. Şəhərdə panika yoxdur, amma müəyyən gərginlik var, vəziyyət stabildir.

Yenipress.az xəbər verir ki, bu barədə Cermuk merinin müavini Vardan Sarkisyan məlumat verib.

"Şəhər rəhbərliyi təxliyyə etməyib, istəyənlər özləri şəhəri tərk edib, getmək istəməyənlər isə yaşayıb döyüşüblər. Şəhərdə bomba sığınacaqları var. Məktəblər və uşaq bağçaları bağlanıb. Bütün tibb müəssisələri açıqdır. Biz sərhəddə olduğumuz üçün həmişə özünümüdafiə təşəbbüsləri olub", - deyə o açıqlamasında bildirib.

Xəbər xətti