Nabranda 10 nəfər zəhərləndi

TOPLUM bölməsi

12:46 - 20 İyul 2022

 Nabranda 10 nəfər zəhərləndi

12:23

Xaçmazda istirahət mərkəzində 5 nəfər zəhərlənib.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, Nabranda yerləşən "Məkan" istirahət mərkəzində yeməkdən sonra 5 nəfərin vəziyyəti pisləşib.

Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə onlar qidadan zəhərlənib.

Fakt araşdırılır.

***

Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.

Bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar:

"11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir".

Xəbər xətti