Səfər Mehdiyev və qohumları üçün şok: general hər şeyi danışıb...

TOPLUM bölməsi

10:51 - 20 İyul 2022

 Səfər Mehdiyev və qohumları üçün şok: general hər şeyi danışıb...

Xəbər verdiyimiz kimi, ötən gün Səfər Mehdiyevin qaynı, “Azterminalkompleks” Birliyinin rəis müavini Zeynal Tarquliyev DTX-nin 10 iyundan bəri davam edən istintaqı çərçivəsində həbs edilib.

Yenipress.az-a daxil olan məlumata görə, “Azərterminalkompleks” birliyinin rəisi Ehtiram Xəlilov 20 iyunda saxlanılmışdı. DTX-nin ondan sonrakı əməliyyatlarında Z.Tarquliyev həbs edilməmişdi.

İddiaya görə, Zeynal Tarquliyevin həbsinin əsas səbəbi E.Xəlilovun ifadələri deyil, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulovdur. Belə ki, 14 iyulda həbs edilən gömrük xidməti generalı-mayoru Məsum Rəsulovun əməliyyatçılar önündə özünü itirdiyi, “kövrəldiyi” və dərhal da “səmimi əməkdaşlıq” etdiyi iddia edilir. M.Rəsulov hər prosesin başında DGK sədri Səfər Mehdiyevin durduğunu sübut etmək üçün bütün gizli əməliyyatlar haqda detallarına qədər istintaqa məlumat verib və “Azterminalkompleks” Birliyindəki əməliyyatlarında S.Mehdiyevin qaynı vasitəsilə aparıldığını iddia edib.

Eyni zamanda, M.Rəsulovun həbs olunan günün axşamı mini infarkt keçirdiyi də təsdiqini tapıb.

M.Rəsulovun ifadələri DTX ilə yanaşı, maliyyə yoxlamasını da zəruriləşdirib və hazırda DGK-də DTX-nin təqdimatı ilə genişmiqyaslı maliyyə yoxlaması aparılır. Bunun nəticəsi olaraq həbslər baş verəcəyi də istisna edilmir.

Xəbər xətti