Həzi Aslanova ağır itki

TOPLUM bölməsi

15:23 - 19 İyul 2022

 Həzi Aslanova ağır itki

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanova ağır itki üz verib.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, generalın anası İffət Aslanova Mütəllim qızı uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında 77 yaşında dünyasını dəyişib.

Onun Bakıda II Fəxri xiyabanda dəfn olunacağı bildirilir.

Qeyd edək ki, Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun nəvəsidir. Mərhum İffət Aslanova isə onun gəlini olub.

Xəbər xətti


Digər xəbərlər