İki uşağı ilə özünü binadan atan qadının əri görün kim imiş

TOPLUM bölməsi

11:21 - 19 İyul 2022

 İki uşağı ilə özünü binadan atan qadının əri görün kim imiş

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda Aytən Maarif qızı Abbasova iki azyaşlı övladı, 2018-ci il təvəllüdlü Sofiya Suslan qızı Abbasova və 2019-cu il təvəllüdlü Sara Suslan qızı Abbasova ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb.

Yenipress.az Unikal-a istinadən xəbər verir ki, A.Abbasovanın həyat yoldaşı Suslan Abbasov əvvəllər Astara Rayon İcra Hakimiyyətində aparıcı məsləhətçi vəzifəsində çalışıb. Suslan Abbasov ailəsi ilə birlikdə Astara rayonunun Şiyəkəran kəndində yaşayırmış. O, bir müddət əvvəl Rusiyaya gedib və ailəsi də Bakıya köçüb.

Aytən Abbasova Bakıda iki övladı və qayınanası ilə birlikdə kirayə qaldıqları mənzildə yaşayırmış.

Xəbər xətti


Digər xəbərlər