Azərbaycanda müəmmalı olay: Bir qəsəbədə 200-dən çox adam...

TOPLUM bölməsi

14:52 - 19 İyul 2022

 Azərbaycanda müəmmalı olay: Bir qəsəbədə 200-dən çox adam...

10:15

Şəkinin Yeni Çələbixan qəsəbəsində son iki gün ərazində 200-dən yuxarı sakin həkimə müraciət edib.

Yenipress.az xəbər verir ki, bu barədə APA-ya Şəkinin Yeni Çələbixan qəsəbəsi həkimi Xatirə Əhmədova məlumat verib.

Həkimin sözlərinə görə, ötən gündən başlayaraq bu saatlara qədər qəsəbənin 200-dən yuxarı sakini qusma, mədə sancıları və ishal əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına və Yeni Çələbixan qəsəbəsində fəaliyyət göstərən Laçın Rayon Mərkəzi Xəstəxanasının nəzdindəki tibb məntəqəsinə müraciət ediblər.

“Müraciət edənlərin çox hissəsi uşaqlar və yeniyetmələrdi. Onların arasında ağırlaşma halları yoxdur. Müraciət edənlərə lazımi yardım göstərildikdən sonra evə buraxılıblar”, - o deyib.

Yeni Çələbixan qəsəbəsində sakinlər arasında baş verən kütləvi mənşəyi məlum olmayan xəstəliklə bağlı DİN-nin Şəki Regional Qrupunun rəhbəri Mahir Məsimov münasibət bildirib.

Onun sözlərinə görə, gecə saatlarında müvafiq qurumlar qəsəbədə olub. Lazımi zəruri tədbirlər aparıb. Analiz üçün müvafiq nümunələr götürülüb.

Xəbər xətti