Nazir rəisi təqaüdə göndərdi

TOPLUM bölməsi

18:17 - 18 İyul 2022

 Nazir rəisi təqaüdə göndərdi

Qobustan Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, şöbə rəisi, polis polkovniki Etibar Babayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, E.Babayev 2016-cı ildə sabiq daxili işlər naziri Ramil Usubovun əmri ilə bu vəzifəyə təyinat almışdı. O, daha əvvəl Qəbələ ŞPİ-nin rəis müavini olub. Onun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qohumu olduğu deyilir.

Xəbər xətti


Digər xəbərlər