Mehriban Əliyeva bu xanımlarla bağlı hərəkətə keçdi

TOPLUM bölməsi

17:46 - 18 İyul 2022

 Mehriban Əliyeva bu xanımlarla bağlı hərəkətə keçdi

Xəbər verdiyimiz kimi, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının müavininin məktəblini döyməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi təsdiqlənib və Lənkəran rayon prokurorluğunda araşdırma başlanılıb.

Yenipress.az xəbər verir ki, ötən gün araşdırmaya başlandığı xəbərini yayan Baş Prokurorluğun cəmi bir gün ərzində faktı təsdiqləməsi və başçı müavininin günahkar olduğunu bildirməsi məsələni Birinci vitse/prezident Mehriban Əliyevanın nəzarətə götürdüyü ilə bağlı iddiaları artırıb.

Sosial şəbəkələrdə yayılan iddiaya görə, Mehriban xanım Əliyeva məktəbli qıza qarşı zorakılıq edənin, vəzifəsindən asılı olmayaraq, dərhal cəzalansırılmasını tələb edib.

Xəbər xətti