Mehdiyevin çıxartdığı general DGK-ə sədr gəldi – Dosye

TOPLUM bölməsi

15:32 - 18 İyul 2022

 Mehdiyevin çıxartdığı general DGK-ə sədr gəldi – Dosye

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib və sədrin səlahiyyətlərinin icrası ona tapşırılıb.

Yenipress.az Axar.az-a istinadən xatırladır ki, Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov da vəzifəsini davam etdirir. Belə ki, Prezidentin fərmanı ilə DGK strukturunda dəyişiklik edilib və sədrin birinci müavinlərinin sayı 2-yə qaldırılıb.

Qeyd edək ki, Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə anadan olub. O, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.

1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlamış və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb. Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib. 2014-cü ilin yanvar ayından DGK sədrinin müavini təyin edilib.

2018-ci ilin iyulunda DGK-nın yeni sədri Səfər Mehdiyevin təqdimatı ilə Ş.Bağırov vəzifədən azad edilib.

Şahin Bağırov gömrük sistemindən çıxarılandan sonra bu günə qədər Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.

Xəbər xətti