Səfər Mehdiyevi o əvəz edəcək - Sərəncam

TOPLUM bölməsi

14:56 - 18 İyul 2022

 Səfər Mehdiyevi o əvəz edəcək - Sərəncam

Şahin Soltan oğlu Bağırov Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin birinci müavini təyin edilib.

Yenipress.az əbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla DGK-nın sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası DGK sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilib.

Ş.Bağırov 1965-ci ildə anadan olub, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib.

O, 1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb, Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb, 2014-cü ildən DGK sədrinin müavini təyin olunub.

Xəbər xətti