Bakı-Sumqayıt yolunda yanğın...

TOPLUM bölməsi

16:09 - 18 İyul 2022

 Bakı-Sumqayıt yolunda yanğın...

14:39

Bakı-Sumqayıt yolunda yanğın başlayıb.

Yenipress.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonunda Bakı-Sumqayıt şosesi yaxınlığında yanğın olması barədə Nazirliyin qaynar xəttinə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, yol kənarında quru ot, kol-kos və ağaclar yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Bakı şəhəri, Binəqədi rayonunda Bakı-Sumqayıt şosesi yaxınlığında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Xəbər xətti