Bu virus aprel ayının sonlarında Böyük Britaniyada aşkarlanıb. Nigeriyadan qayıdan şəxsdə meymunçiçəyi virusuna rast gəlinib. Virus ilk dəfə xərçəngkimilərlə qidalanan makaka meymunlarında tapılıb.
Yenipress.az xəbər verir ki, bu sözləri ARB-24-də yayımlanan "Nə Baş Verir?" verilişində qonaq olan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Professor əlavə edib ki, bu gün yeni bir pandemiya baş verərsə, 1980-ci ildən sonra doğulan şəxslər müdafiəsiz olacaqlar:
"Meymunçiçəyi virusu ilk dəfə 1958-ci ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində identifikasiya olunub. Bundan sonra ayrıı-ayrı yerlərdə ocaqlar baş verib.
Peyvənd resursu olmalıdır. İndiki şirkətlər malekulyar biologiyanı ən müasir üsullarıyla imitasion peyvəndlər ala bilirlər. Buna görə, tez bir müddətdə peyvəndlər istehsal oluna bilər".