Xoruldamamaq üçün bunlar edin!

SAĞLIQ bölməsi

11:44 - 19 Aprel 2022

 Xoruldamamaq üçün bunlar edin!

Xoruldama demək olar ki, əksər insanların qarşılaşdığı problemdir. Ya özümüz xoruldayıb başqalarını narahat edirik, ya da başqaları xoruldayıb bizi narahat edir. Maraqlısı budur ki, heç kim xoruldamağını qəbul etmək istəmir. Bu problem yatarkən burun, udlaq, nəfəs yollarının daralması nəticəsində yaranır. Uzun illər davam etdiyi təqdirdə sağlamlığa ciddi təsir edə bilir.

Yenipress.az xəbər verir ki, həkim-otolarinqoloq Elvin Əzizov xoruldamanən iki cür olduğunu bildirib:

“İlkin yuxu sindromu və obsesiv yuxu apnesi sindromu. Obsesiv yuxu apnesi sindromunda insanın nəfəsinin bir neçə saniyə dayanması deməkdir, yüngül, orta ağır və ağır dərəcələrə bölünür. Yuxuda 1 saat ərzində 15-ə qədər tənəffüsün dayanması yüngül, 15-30 dəfə orta ağır, 30-dan artıq, başqa sözlə saat ərzində hər bir-iki dəqiqədən bir nəfəs dayanması baş verməsi ağır dərəcə hesab olunur”.

Daha çox artıq çəkili insanlarda rast gəlinən bu hal qan təzyiqinə və ürəyin genişlənməsinə səbəb ola bilər. Kişilər qadınlara nisbətən daha çox xoruldayır. Bunun səbəbi isə onlarda qırtlağın qadınlara nisbətən daha aşağıda yerləşməsidir. Bundan başqa içki, siqaret kimi zərərli vərdişlər də xoruldamağa şərait yaradan amillərdəndir. “Digər səbəblərə burun patologiyaları aiddir. Burun çəpəri əyriliyi, müxtəlif mənşəli rinitlər, burun polipləri və udlaq tərəfdən hava yolunu daraldan yumşaq damaq sallanması patologiyası da xoruldamaya səbəb olur”.

Xorultudan qurtulmaq üçün artıq çəkidən xilas olmaq, yatmazdan əvvəl yürüş etmək lazımdır. Yatarkən yastığı 10 santimetrə qədər qaldırmaq rahat nəfəs almağa imkan verəcək. Həmin üsullar fayda verməsə, həkimə müraciət etmək məsləhətdir.

Xəbər xətti