Uzun müddət yas tutmaq psixi pozuntu elan edildi - ÜST-dən yeni diaqnoz

SAĞLIQ bölməsi

13:12 - 9 Aprel 2022

 Uzun müddət yas tutmaq psixi pozuntu elan edildi - ÜST-dən yeni diaqnoz

Uzun müddət yas tutub, qəm saxlamaq psixi pozulma hesab olunacaq.

Yenipress.az Bakupost.az-a istinadən xəbər verir ki, ÜST MKB 11 xəstəliklər təsnifatına yeni psixi pozuntu diaqnozu daxil edib.

Psixiatrlar insanın doğmasını və ya hər hansı həyati vacib məsələdə itkisindən 1 il sonra hələ də qüssə-kədərdədirsə, normal həyat və iş rejiminə qayıda bilmirsə, o zaman ona psixi pozuntu kimi yanaşıb müvafiq müalicə yazmaq lazımdır.

Öz kədərinə, itkisinə fokuslanmış insan bəzən yardım olmadan bu vəziyyətdən özü çıxa bilmir.

Baxmayaraq ki, itkidən sonra insanın narahatlığı, qüssəsi yol verilən hissdir, 1990-cı illərdən mütəxəssislər uzun müddət çəkən ağır forma kədər-qüssə halları üçün psixiatrik yardımı vacib hesab edir.

1 ildən artıq davam edən qapalılıq, yas, qüssə depressiyaya səbəb olur.

ÜST-ün MKB-11 təsnifatında yeni diaqnozun əlamətləri ətraflı qeyd olunub. Bu dəyişiklik həkimlərə imkan verəcək ki, dəhşətli itkidən sonra izolyasiyada qalan, özünə qapanan şəxsləri, məsələn ərinin ölümündən sonra tək qalan dul qadınlara və ya övladını itirən anaya düzgün tibbi xidmət göstərsin.

ÜST tövsiyə edir ki, həkimlər belə diaqnozu olan xəstələrin müalicəsini tibbi sığorta hesabına edə bilər. Bu da maliyyə səbəbindən həkimə getməyib, daha da ağırlaşan pasiyentlərin işini asanlaşdırar.

Xəbər xətti