Böyük münaqişə Ermənistana çox yaxındır - Keryan

DÜNYA bölməsi

13:34 - 15 Aprel 2024

 Böyük münaqişə Ermənistana çox yaxındır - Keryan

ABŞ və onun Qərb müttəfiqləri İsrailin tərəfindədir və İran PUA-larını məhv etmək üçün birlikdə çalışırlar. Moskva və Pekin açıq şəkildə Qərblə əməkdaşlıq etməyəcək. Bu böyük münaqişə Ermənistana çox yaxındır.

Yenipress.az xəbər verir ki, bu sözləri erməni politoloq Qarik Keryan deyib.

O qeyd edib ki, indiki gərgin məqamda neytrallıq nümayiş etdirmək ən doğru adımdır:

“İran bizim dostumuzdur, Qərblə siyasi yaxınlaşma xətti indiki hakimiyyət tərəfindən dərinləşdirilib, Rusiya hələ də iqtisadi və enerji asılılığını nəzərə almasaq, formal olaraq bizim müttəfiqimizdir. Azərbaycan əraziləri ələ keçirmək üçün istənilən əlverişli vəziyyətdən istifadə edəcək. Bu vəziyyətdə heç kim Ermənistanın təhlükəsizliyinə tam təminat verə bilməz. Bütün səviyyələrdə bu və ya digər tərəflə bağlı müsbət və ya mənfi şərhləri və keyfiyyətləri istisna etmək lazımdır. Mən xüsusilə dövlət adamlarından, mətbuatdan danışıram. Hadisələri şərh edərkən diqqətli, ehtiyatlı və qərəzsiz mövqe göstərmək lazımdır. Bizim nəsli kəsilməkdə olan vətənimizi yeni sınaqlara aparmağa haqqımız yoxdur. Gələcəyimiz neytrallığımızdadır”.

Xəbər xətti