Makron: Tehrana təzyiqləri artırmalıyıq

DÜNYA bölməsi

13:02 - 15 Aprel 2024

 Makron: Tehrana təzyiqləri artırmalıyıq

Fransa Prezidenti Emmanuel Makron İranın İsrailə hücumundan sonra Tehrana təzyiqləri artırmağa çağırıb.

Yenipress.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

“İranı təcrid etmək, sanksiyaları gücləndirmək lazımdır. Fransa münaqişənin gərginləşməsinin qarşısını almaq üçün işləmək niyyətindədir. Gərginlik ehtimalı hamımızı narahat edir.  Bunun qarşısını almaq üçün hər şeyi edəcəyik”, - o bildirib.

Makron əlavə edib ki, Fransa İordaniyanın tələbi ilə İran raketlərini ələ keçirməyə kömək edib.

Xəbər xətti