Azərbaycan Ordusu hücuma keçsə... - Karen Həkimyan

GÜNDƏM bölməsi

11:40 - 15 Aprel 2024

 Azərbaycan Ordusu hücuma keçsə... - Karen Həkimyan

Ermənistanın hava hücumundan müdafiə sistemləri təkbaşına effektiv deyil.

Yenipress.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri erməni ictimai xadim Karen Həkimyan deyib.

O bildirib ki, Ermənistanın havası Rusiya Aerokosmik Qüvvələri tərəfindən “mühafizə olunur” və onların idarə olunmasını Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin qoşunlarının komandanı öz üzərinə götürüb.

“Azərbaycan Ordusu hücuma keçsə, erməni hava hücumundan müdafiə (HHM) sistemi işləməyəcək, çünki Rusiya tərəfi üçün heç bir təhlükə olmayacaq. Yalnız rəsmi Moskvaya təhlükə yarandığı halda qurğular işə düşəcək”, - o iddia edib.

Xəbər xətti