Paşinyan Saakaşvilidən göstəriş alıb - Manukyan

DÜNYA bölməsi

17:43 - 11 Aprel 2024

 Paşinyan Saakaşvilidən göstəriş alıb - Manukyan

Paşinyan Zelenski və Saakaşvilinin yolunu seçdi. Yeri gəlmişkən, Saakaşvili Paşinyana anti-Rusiya addımlarının atılması ilə bağlı göstərişlər verib, Paşinyan da onu dinləyib.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri “Hayastan” fraksiyasının deputatı Areqnaz Manukyan Milli Assambleyadakı çıxışında bildirib.

“Ermənistan hökumətinin başında duran şəxs Qərb qüvvələrinin anti-Rusiya siyasəti və öz maraqları naminə ölkəmizi hərraca çıxarıb. Nikol Paşinyan sülh və əmin-amanlıq vəd etdi, müharibə, itkilər və məğlubiyyətlər gətirdi və gətirir. O, xalqımızı dəhşətə gətirir”- Manukyan deyib.

Xəbər xətti