Paşinyan dedi ki, ehtiyatlı olaq, Əliyev çox qəzəblidir... - Karapetyan

GÜNDƏM bölməsi

16:00 - 11 Aprel 2024

 Paşinyan dedi ki, ehtiyatlı olaq, Əliyev çox qəzəblidir... - Karapetyan

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibədən sonra müdafiə nazirinə Azərbaycan Prezidenti İlham Əliyevdən çəkindiyini etiraf edib.

Yenipress.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın keçmiş müdafiə naziri, hazırda müxalifətdə olan Arşak Karapetyan deyib.

Karapetyan bildirib ki, Paşinyan Əliyevin qəzəbindən qorxur: “O, şəxsən mənə dedi ki, ehtiyatlı olaq, İlham Əliyev çox qəzəblidir”.

Karapetyan 2021-ci ildə Ermənistanın müdafiə naziri olub. 2021-ci ilin noyabrında sərhəddə baş verən təxribatdan sonra Paşinyan onu məsuliyyətsizliyinə görə işdən çıxarıb.

Xəbər xətti