Kardendən Paşinyana: Ukrayna və Gürcüstan təcrübəsini xatırlayın!

DÜNYA bölməsi

15:19 - 9 Aprel 2024

 Kardendən Paşinyana: Ukrayna və Gürcüstan təcrübəsini xatırlayın!

ABŞ həqiqətən də Ermənistanın xoşbəxt gələcəyini təmin etmək istəyirsə, Cənubi Qafqaza əlavə müdaxilədən çəkinməlidir.

Yenipress.az xəbər verir ki, bunu ikitərəfli əməkdaşlığın inkişafı üzrə Rusiya-ABŞ prezident komissiyasının Amerika hissəsinin keçmiş müşaviri Ceyms Karden deyib.

“Vaşinqtonun xoşuna gəlməyə bilər, amma Ermənistanın xoşbəxt gələcək şansı varsa, Qafqazın işlərinə qarışmağı dayandırmalı və artıq postsovet məkanına vurduğumuz zərəri məhdudlaşdırmalıyıq”, - o bildirib.

Karden İrəvanın Brüssel və Vaşinqtonla yaxınlaşma yolunu son dərəcə təhlükəli adlandırıb:

“Paşinyan hökumətini Ukrayna və Gürcüstanın təcrübəsini nəzərə almağa çağırıram. Hər iki ölkə Brüssel və Vaşinqtondakı Qərb himayədarlarının Qərbə inteqrasiya, o cümlədən NATO-ya üzvlük barədə yalan vədlərinə inanırdı”.

Xəbər xətti