Ohanyan ordunu Paşinyana qarşı çıxmağa çağırdı

DÜNYA bölməsi

14:40 - 9 Aprel 2024

 Ohanyan ordunu Paşinyana qarşı çıxmağa çağırdı

Azərbaycanla delimitasiyaya Tavuşdan başlamaq qəbuledilməzdir. Üstəlik, bu, Baş Qərargahın deyil, hakimiyyətin fikridir.

Yenipress.az xəbər verir ki, bunu jurnalistlərə Ermənistan  keçmiş müdafiə naziri, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan Tavuş kəndləri ilə bağlı danışarkən deyib. 

O bildirib ki, əgər orduya qoşunları çıxarmaq əmri verilirsə, silahlı qüvvələr sərhədləri qorumaq vəzifəsini yerinə yetirməli, siyasi qüvvələr və cəmiyyət ölkə rəhbərliyinin qanunsuz əmrlər verməsinin qarşısını almalıdır:

“2020-ci ildə analoji presedent artıq olub. Sünikdə (Zəngəzur) şifahi və qeyri-qanuni əmrlə ordu hissələri bir sıra ərazilərdən 20 km geri çəkilib və bu ərazi gələcək delimitasiya və demarkasiya üçün problemlər yaradıb”.

O, Tavuşdakı yüksəkliklərin əhəmiyyətli olmasına diqqət çəkib:

“Eyni zamanda, Bakının planı bəllidir: Azərbaycan Tavuşda mühüm strateji yüksəklikləri götürmək, dövlətlərarası yola (Gürcüstana) nəzarəti ələ keçirmək və Ermənistanın Rusiya Federasiyası ilə quru əlaqəsini kəsmək istəyir”.

Xəbər xətti