Mask xəbərdarlıq etdi: Terakt olacaq

DÜNYA bölməsi

15:16 - 9 Aprel 2024

 Mask xəbərdarlıq etdi: Terakt olacaq

Ölkəyə miqrant axını fonunda ABŞ-da növbəti bir 11 sentyabr teraktının olması zaman məsələsidir.

Yenipress.az xəbər verir ki, bu barədə “Tesla” və “SpeysX” şirkətlərinin qurucusu İlon Mask X sosial hesabında bildirib.

O, amerikalı iş adamı və keçmiş prezidentliyə namizəd Vivek Ramasvaminin ABŞ-ın cənub sərhədindəki böhranın həll olunmayacağı təqdirdə "11 sentyabr hücumu" səviyyəsində başqa bir faciənin mümkün olduğunu söyləyən postunu şərh edib.

“Yalnız zaman məsələsidir”, - o vurğulayıb.

Qeyd edək ki, Mask bundan əvvəl də ABŞ-ın cənub sərhədi ilə bağlı məsələlərdən daha çox Ukrayna münaqişəsi ilə əlaqəli problemlərə diqqət yetirdiyindən şikayətlənib.

Xəbər xətti