Rusiyadan Lənkərana qızlarının nişan mərasiminə gələn ata və ana dəm qazından öldü

TOPLUM bölməsi

10:48 - 9 Aprel 2024

 Rusiyadan Lənkərana qızlarının nişan mərasiminə gələn ata və ana dəm qazından öldü

Rusiyadan Lənkərana övladlarının xeyir işinə gələn ata və ana dəm qazının qurbanı olub.

Yenipress.az Report-a sitinadə xəbər verir ki, hadisə rayonun Kərarmeşə kəndində baş verib.

Belə ki, Rusiya Federasiyası vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı, 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırova qızlarının nişan mərasiminə hazırlıq üçün bir neçə gün əvvəl kəndə gəliblər. Bu gün səhər evə gələn qohumlar qapının bağlı olduğundan narahat olublar. Onlara edilən telefon zəngləri də cavabsız qalıb. Qohumlar pəncərədən içəri daxil olduqda ər və arvadın dəm qazından boğularaq öldüklərinin şahidi olublar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti