Makron odla oynayır - Polişuk

DÜNYA bölməsi

10:46 - 9 Aprel 2024

 Makron odla oynayır - Polişuk

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya hərbi kontingentin göndərilməsi ilə bağlı müzakirələrə başlamaqla odla oynayır.

Yenipress.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk deyib.

“Bu cür söhbətlər narahatlıq doğurmaya bilməz. Ukraynaya hərbi müdaxiləyə çağıran siyasətçilər odla oynayırlar. Bir çox Qərb siyasətçiləri öz ölkələrinin milli maraqlarını siyasi vəziyyətə və seçki maraqlarına qurban verirlər. Görünür, onlar böhranın eskalasiyası və böyüməsi risklərini dərk etmirlər. Bu, siyasi infantilizmdir. Kiyev rejiminə silah tədarükünün davam etdirilməsinin nəticələri ilə bağlı xəbərdarlıqlarımıza məhəl qoyulmur”, - Polişuk bildirib.

Xəbər xətti