İrəvanın dövlət borcu rekord sürətlə artır - KİV

DÜNYA bölməsi

14:23 - 8 Aprel 2024

 İrəvanın dövlət borcu rekord sürətlə artır - KİV

Ermənistan hökuməti dövlət borcunu yüksək templə artırmaqdan davam edir. İlin ilk iki ayında hökumətin borcu 100 milyon dollardan çox artıb.

Yenipress.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Bir tərəfdən deyirlər ki, büdcənin pulla problemi yoxdur, digər tərəfdən borc götürürlər. Kredit proqramlarının vaxtında tamamlandığı il yoxdur. Cəmi altı il ərzində borcları demək olar ki, iki dəfə artırıblar. Ölkə həqiqətən kredit “lixaradkasına” qapılıb. Onlar dövlət borcunu ildə təxminən 1 milyard dollar artırıblar. Davamlı olaraq yeni kreditlər götürürlər və əvvəlki borcları ödəmək üçün borclarını artırırlar. Bu ilin mart ayının əvvəlinə rəsmi məlumata görə, Ermənistanın dövlət borcu təxminən 11 milyard 943 milyon dollar təşkil edib. Burada dövlətin payı 11,4 milyarddan çoxdur. İlin ilk iki ayında borclar daha 108,5 milyon artıb. Əsasən daxili borc hesabına artım olur. Təxminən üç dəfə baha olan daxili borc hətta xarici borcla bərabərləşib. Hökumətin xarici borcu 5,9 milyard dollar, daxili borcu isə 5,5 milyard dollardır. Nəticədə, borc strategiyasının dəyişdirilməsi adı altında Ermənistan hakimiyyəti borc yükünü xeyli artırıb. Borc artıq 7,1%-lik baryerə çatıb. Dövlət borcunun ödənilməsi də getdikcə problemə çevrilir. Borcun ödəmə müddəti üçün meyar 7-10 ildir. Hazırda orta müddət 7,3 ildir. Hökumətin ölkəni sürüklədiyi borc təlaşı davam edir. Bunu dayandırmaq mümkünsüz görünür. Borc almağı davamlı prosesə çevirdilər. Onları o qədər yükləyiblər ki, bir tərəfdən əvvəlki borcları örtmək, digər tərəfdən də büdcə kəsirini maliyyələşdirmək üçün getdikcə daha çox borc götürməli olurlar. Bu da borcların getdikcə artmasına səbəb olur. Borc qartopu kimi fırlanır və böyüyür, bunun nəticəsi sonradan büdcə maliyyə çətinliyi ilə üzləşəndə ​​görünəcək”, - məlumatda deyilir.

Xəbər xətti