Husilər silah bitdiyi üçün hücum etmirlər

DÜNYA bölməsi

17:47 - 5 Aprel 2024

 Husilər silah bitdiyi üçün hücum etmirlər

Yəmənin Ənsarullah hərəkatının bütün silah ehtiyatları praktiki olaraq tükənib.

Yenipress.az xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki komandanı general-leytenant Aleksus Qrinkeviç “Skay Nyus Arabiya” telekanalına açıqlamasında bildirib.

“Onların əməliyyatlarının tempi əvvəlki kimi deyil. ABŞ-ın İranın dəstəklədiyi bu silahlı qruplaşmaya qarşı davam edən cavab zərbələri mütləq onların davranışlarına təsir edib”, - o bildirib.

Həmçinin o, husilərin Tehrandan gələn direktivlərə tam əməl etməməsindən danışıb:

“Livan, Suriya və İraqdakı şiə qruplarından fərqli olaraq, gözlənilməz hərəkət edən Yəmən qruplaşmasına nəzarət İran üçün çətinləşir. İran silah tədarükünü gecikdirməklə, husiləri təslim olmağa məcbur etməyə çalışır ancaq bu, az nəticə verir”.

Xəbər xətti