Rusiyalı deputatlar İrəvanda toplaşır

GÜNDƏM bölməsi

16:40 - 5 Aprel 2024

 Rusiyalı deputatlar İrəvanda toplaşır

Rusiyalı deputatlardan ibarət nümayəndə heyəti 2024-cü ilin mayında İrəvana səfər edəcək.

Yenipress.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.

“Bizim erməni parlamentarilərlə normal təmaslarımız var. May ayında Ermənistana gedirik. Əməkdaşlıq etmək istəyi var və erməni deputatlar səfərlərdən imtina etmirlər. Düşünürəm ki, parlamentarilər münasibətlərin qurulmasında müsbət rol oynaya bilərlər”, - o bildirib.

Xəbər xətti