Mbappe "Real"la müqavilə imzaladı

İDMAN bölməsi

11:56 - 5 Aprel 2024

 Mbappe

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe 2024-cü ilin fevral ayının ilk həftəsində İspaniya təmsilçisi "Real"la müqavilə imzalayıb.

Yenipress.az "Marca"ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Madrid təmsilçisi ilə 5 illik müqaviləyə imza atıb.

Keçidin AVRO-2024-ün oyunlarından əvvəl rəsmən açıqlanacağı bildirilib.

Qeyd edək ki, Mbappe bu mövsüm çıxdığı 39 matçda 39 qol vurub, 8 məhsuldar ötürmə edib. Məşhur "Transfermarkt" portalı forvardın transfer qiymətini 180 milyon avro dəyərləndirir.

Xəbər xətti