SEPAH komandirlərinin dəfn günü bəlli oldu

DÜNYA bölməsi

19:47 - 4 Aprel 2024

 SEPAH komandirlərinin dəfn günü bəlli oldu

İran Dəməşqdə həlak olan SEPAH üzvlərin dəfn mərasiminin vaxtını açıqladı.

Yenipress.az xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Məlumata əsasən, dəfn mərasimi sabah “Qüds günü” tədbirləri ilə eyni vaxta keçiriləcək. Səhər saat 10:00-da keçiriləcəyi gözlənən tədbirin Firdovsi meydanından Tehran Universitetinə yürüş ilə müşayət olunacağı bildirilib.

Qeyd edək ki ,”Qüds günü” Xomeyni tərəfindən əsası qoyulan və hər il Ramazan ayının son cümə günü qeyd olunan Fələstinə dəstək günüdür.

Xəbər xətti