Zambiyada fil turistlərə hücum etdi: ölü və yaralılar var - Video

DÜNYA bölməsi

16:54 - 4 Aprel 2024

 Zambiyada fil turistlərə hücum etdi: ölü və yaralılar var - Video

Zambiyada milli safari parkda turistlər filin hücumuna məruz qalıb.

Yenipress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Uzun müddət turistləri təqib edən böyük fil qəfildən onları daşıyan avtomobilə hücum edib. Zərbədən maşın bir neçə dəfə çevrilib.

Nəticədə 80 yaşlı amerikalı turist həlak olub, bir neçə nəfər isə yaralanıb.

Xəbər xətti