NATO qarşıdurma aləti kimi yaradılıb - Peskov

GÜNDƏM bölməsi

15:15 - 4 Aprel 2024

 NATO qarşıdurma aləti kimi yaradılıb - Peskov

Qarşıdurma aləti kimi yaradılmış NATO öz mahiyyətini göstərməyə və öz funksiyalarını yerinə yetirməyə davam edir.

Yenipress.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“NATO ilk növbədə Avropa qitəsində qarşıdurma aləti kimi ABŞ tərəfindən konfiqurasiya edilmiş və idarə olunan alyans kimi yaradılıb. NATO öz funksiyasını yerinə yetirməkdə davam edir. Amma bu, hazırda qitədə təhlükəsizliyə, və sabitliyə heç bir töhfə vermir, əksinə, sabitliyi pozan amildir”, - Peskov bildirib.

Xəbər xətti