MKİ İsrailə xəbərdarlıq etdi: İran 48 saat ərzində...

DÜNYA bölməsi

12:40 - 4 Aprel 2024

 MKİ İsrailə xəbərdarlıq etdi: İran 48 saat ərzində...

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi İsrailə İranın 48 saat ərzində hücum edə biləcəyi barədə xəbərdarlıq edib.

Yenipress.az xəbər verir ki, bu barədə “Voks Nyus” məlumat yayıb.

“Bunun fonunda İsrail ordusu hava hücumundan müdafiə bölmələri üçün ehtiyatda olanların çağırışını artırmağa qərar verib”, - məlumatda deyilir.

Qeyd olunur ki, bölgədə GPS ilə bağlı problemlərin başladığı barədə də məlumatlar var:

“Xüsusilə Fars körfəzində gəmi və təyyarələrdə elektron naviqasiya sistemində nasazlıqlar yaşanır”.

Xəbər xətti