ABŞ husilərin zenit-raket kompleksini məhv etdi

DÜNYA bölməsi

12:05 - 4 Aprel 2024

 ABŞ husilərin zenit-raket kompleksini məhv etdi

ABŞ husilərə məxsus 2 pilotsuz təyyarə və gəmi əleyhinə ballistik raketi hədəf alıb.

Yenipress.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“ABŞ Mərkəzi Komandanlığı husilərin Yəməndən Qırmızı dənizdə “USS Gravely” gəmisinə atdığı bir gəmi əleyhinə ballistik raketi və 2 pilotsuz uçuş aparatını məhv edib”, - məlumatda bildirilib.

Həmçinin husilərin nəzarətində olan ərazidə mobil zenit-raket kompleksinin də məhv edildiyi vurğulanıb.

Xəbər xətti