Suriyada SEPAH komandirlərinin ölümü bayram edilir

DÜNYA bölməsi

11:52 - 4 Aprel 2024

 Suriyada SEPAH komandirlərinin ölümü bayram edilir

Aprelin 1-də İsrail aviasiyasının Dəməşqdə SEPAH-ın Qüds qüvvələrinin istifadə etdiyi binaya zərbə endirməsi və 7 SEPAH zabitinin öldürülməsi Suriyada bayram edilir.

Yenipress.az xəbər verir ki, bu barədə SEPAH-a bağlı sosial media şəbəkəsində məlumatlar yayılıb.

Sosial media kanalları suriyalıların küçələrdə şənlik etdiyini və şirniyyat payladıqlarını əks etdirən fotolar paylaşıblar.

Onlar şənlik edən şəxslərin kafirlərə və müxaliflərə bağlı qruplar olduğunu iddia ediblər.

Xəbər xətti