Rəqsanə saxlanılması ilə bağlı açıqlama yaydı - Video

MAQAZİN bölməsi

15:56 - 4 Aprel 2024

 Rəqsanə saxlanılması ilə bağlı açıqlama yaydı - Video

15:23

Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Rusiyada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb.

Yenipress.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın VÇK-OQPU Teleqram kanalı məlumat yayıb.

Azərbaycanlı müğənni “Rüşvət almaq” və “Saxta sənədlərin düzəldilməsi” maddələri ilə ittiham olunur.

Məlumata görə, Rəqsanə İsmayılova Qurbanov adlı şəxslə əlbir olaraq ona və ən azı iki azərbaycanlıya pasport verməkdə ittiham olunan Daxili İşlər Nazirliyinin əməkdaşı Yelena Smirnovanın işi üzrə şahid qismində cəlb olunub.

Məlum olub ki, Rəqsanə İsmayılovanın dindirilməzdən əvvəl müstəntiqə təqdim etdiyi pasportunda da saxta şəxsiyyət məlumatları olub və pasport hazırda istintaq altında olan şəxsdən 2019-cu ildə alınıb.

Müstəntiqlərin fikrincə, Rəqsanə İsmayılova Qurbanov adlı şəxsə 650 min rubla yaxın pul verib və o da müğənniyə yeni sənəd almağa kömək edib.

2 aprel 2023-cü ildə bu faktla bağlı cinayət işi açılıb və müğənni barəsində heç yerə getməmək barəsində qərar çıxarılıb.

***

 

Bir neçə saatdır ki, bütün Azərbaycan mətbuatı mənim saxlandığımı yazır. Heç nə olmayıb və bu yalan məlumatdır.

Bu barədə müğənni Rəqsanə İsmayılova özünün İnstaqram hesabından video paylaşım edib.

O bildirib ki, hazırda Moskvada öz evindədir və ayın 10-dan sonra Azərbaycana gələcək:

“Mənim hansısa səbəbdən saxlandığımı, problemlərin olduğunu yazırlar. Heç bir problem yoxdur, məni heç kim saxlamayıb”.

Xəbər xətti