Hücumu İsrail edir, AB isə bizə deyir ki... - İran

DÜNYA bölməsi

11:41 - 4 Aprel 2024

 Hücumu İsrail edir, AB isə bizə deyir ki... - İran

Hücumu İsrail edir, lakin Avropa bizi təmkinli olmağa çağırır.

Yenipress.az xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian AB diplomatiyasının rəhbəri  Jozep Borrell ilə telefon danışığı zamanı deyib.

“Avropa hökuməti həmişə İranı təmkinli olmağa dəvət edir. Bu, İsrailin beynəlxalq qanun və qaydaları pozaraq, Diplomatik və Konsulluq Hüquqları Konvensiyasına əsaslanan tam toxunulmazlığa malik diplomatik məkana hücum etdiyi bir vaxtdadır”, - o bildirib.

Xəbər xətti