İranda iki polis məntəqəsinə hücum: 8 nəfər öldü

DÜNYA bölməsi

11:02 - 4 Aprel 2024

 İranda iki polis məntəqəsinə hücum: 8 nəfər öldü

İranda iki polis məntəqəsinə hücum edilib.

Yenipress.az xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyalətinin qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti məlumat verib.

Silahlı hücum əyalətinin Rask və Çabahar şəhərlərində baş verib.

Atışma nəticəsində hüquq-mühafizə orqanlarının 8 əməkdaşı həlak olub, 10 polis isə yaralanıb.

Məlumata görə, üç terrorçu zərərsizləşdirilib.

Hücumun məsuliyyətini “Ceyş əl-Adl” silahlı qruplaşması üzərinə götürüb.

Xəbər xətti