Taksi sürücüləri bu xəbəri mütləq oxusun!

TOPLUM bölməsi

14:50 - 3 Aprel 2024

 Taksi sürücüləri bu xəbəri mütləq oxusun!

Azərbaycanda taksi fəaliyyəti üçün avtomobillərə 15 il məhdudiyyətinin hansı qaydada tətbiq ediləcəyinə aydınlıq gətirilib.

Yenipress.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) APA-ya bildirilib ki, əgər avtomobil 2010-cu il istehsalıdırsa, o halda bu il iyulun 1-dək həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmaq üçün icazə alınmalıdır.

Belə olan halda, bir ildən - yəni avtomobilin yaşının 15 ili tamamlamasından sonra həmin nəqliyyat vasitəsinin taksi kimi fəaliyyət göstərməsi mümkün olmayacaq.

Əgər vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, 3 illik icazə ala biləcək.

Qeyd edək ki, 1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı isə 8 ildən az olmalıdır. 1 iyul 2024-cü il tarixinədək müraciət edənlərə bu tələb tətbiq edilmir.

Xəbər xətti