Konsulluğa hücumdan sonra Tehranla əlaqə saxladıq - Pentaqon

DÜNYA bölməsi

12:28 - 3 Aprel 2024

 Konsulluğa hücumdan sonra Tehranla əlaqə saxladıq - Pentaqon

İsrailin Suriyadakı İran konsulluğuna hücumundan sonra ABŞ Tehranla əlaqə saxladı və Vaşinqtonun bu hücumda heç bir rolunun olmadığını vurğuladı.

Yenipress.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.

“Biz özəl kanallar vasitəsilə İrana çox aydın mesaj göndərmişik ki, Dəməşqdə baş verən hücuma görə məsuliyyət daşımırıq. ABŞ-ın bu hücumdan əvvəlcədən xəbəri olmayıb”, - o bildirib.

Xəbər xətti