Dünyanın ən yaşlı adamı vəfat etdi

DÜNYA bölməsi

12:40 - 3 Aprel 2024

 Dünyanın ən yaşlı adamı vəfat etdi

Dünyanın ən yaşlı kişisi, Venesuela sakini Xuan Visente Peres Mora 115 yaşının tamam olmasına az qalmış vəfat edib.

Yenipress.az xəbər verir ki, Peres Mora 27 may 1909-cu ildə Venesuelanın El Kobre şəhərində on uşağın doqquzuncusu olaraq anadan olub. 11 övladı var. O, 114 il 339 gün yaşayıb. 115 illik yubileyinə az qalmış isə tənəffüs yollarında yaranan ağırlaşma səbəbindən vəfat edib. 

Qeyd edək ki, 2022-ci ilin fevralın əvvəlində Mora dünyanın ən yaşlı kişisi kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

Xəbər xətti