Köçəryan Almaniyadan Putini təbrik edib

DÜNYA bölməsi

13:11 - 3 Aprel 2024

 Köçəryan Almaniyadan Putini təbrik edib

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan yanvarın sonundan Avropadadır.

Yenipress.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, Köçəryan Almaniyadadır və oradan Vladimir Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib.

“Ermənistan” fraksiyasının üzvü Aqnes Hamoyan isə bu məlumatı nə təkzib edib, nə də təsdiqləyib:

“Eks-prezidentin vəkil heyətinin məhkəmədəki sonuncu vəsatəti onun ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılması olub”.

Xəbər xətti