Rusiya NATO ilə istənilən təmasa açıqdır - Qavrilov

DÜNYA bölməsi

16:36 - 2 Aprel 2024

 Rusiya NATO ilə istənilən təmasa açıqdır - Qavrilov

Rusiya NATO ilə istənilən təmasa açıqdır.

Yenipress.az xəbər verir ki, bu sözləri Vyanadakı hərbi təhlükəsizlik və silahlar üzərində nəzarətlə bağlı danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib.

“Əgər onlar bərabərlik əsasında qurularsa və Rusiyanın maraqlarının həqiqi mənada nəzərə alınmasını nəzərdə tutarsa, hər hansı təmaslara açığıq. Bu baxımdan bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır”, - Qavrilov bildirib.

Diplomat onu da qeyd edib ki, Moskva xüsusi hərbi əməliyyatın məqsəd və vəzifələrini davamlı şəkildə həyata keçirməyə davam edəcək.

Xəbər xətti