Nazir bu bölməyə yeni rəis təyin etdi

TOPLUM bölməsi

13:56 - 2 Aprel 2024

 Nazir bu bölməyə yeni rəis təyin etdi

Yalçın Ağabəy oğlu Abidov DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu stansiyasında xətt Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi təyin edilib.

Yenipress.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, bir müddət əvvəl sözügedən şöbənin Cinayət-axtarış bölməsinin rəisi Xəyal Qasımov vəzifəsindən azad olunaraq, eyni şöbənin İctimai-təhlükəsizlik qrupunun rəisi vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Y.Abidov bundan öncə Bakı şəhər Baş Polis İdarəsinin Binəqədi Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili idi.

Xəbər xətti