İran ABŞ-a mesaj göndərdi

DÜNYA bölməsi

12:14 - 2 Aprel 2024

 İran ABŞ-a mesaj göndərdi

İranın Xarici İşlər Nazirliyi ABŞ-nin İrandakı maraqlarının müdafiəçisi kimi İsveçrə səfirliyinin müvəqqəti işlər vəkili Kim Sitzleri çağırıb.

Yenipress.az xəbər verir ki, bu barədə XİN başçısı Hüseyn Əmir Abdullahian X hesabında məlumat paylaşıb.

“Sionist rejimin himayədarı kimi Amerika hökumətinə mühüm mesaj göndərilib. Terror aktının və İsrail rejiminin cinayətinin ölçüləri izah edilib və Amerika hökumətinin məsuliyyəti vurğulanıb”, - Abdullahian yazıb.

İran XİN başçısı ABŞ-ın cavabdehlik daşımalı olduğuna təkid edib.

Qeyd edək ki, İsrail Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirib. Nəticədə İran konsulluğu dağılıb, səfirliyin iqamətgahı isə xəsarət alıb. Hadisə nəticəsində SEPAH-ın 7 yüksək rütbəli zabiti ölüb, iranlı diplomatların da öldüyü bildirilir.

Xəbər xətti